- Mədəniyyət

Qahirədəki Misir Muzeyi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

Qahirənin Təhrir meydanında yerləşən Misir Muzeyi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, XIX əsrin sonlarında Osmanlı valisi Abbas Hilminin sifarişi ilə fransız memarı Marsel Dornonun layihəsi əsasında tikilmiş bu muzey Qədim Misir sivilizasiyasına aid arxeoloji abidələrin nümayişi üçün əsas məkan olub. Muzeyin kitabxanası və arxivi papiruslardan tutmuş Misirin XX əsrə qədər dövrünü əks etdirən sənədlər, kitablarla zəngindir.

Misir Muzeyi UNESCO-nun Dünya İrsi Siyahısında olan bir çox məşhur abidələrdən biridir. Bundan əvvəl siyahıya 7 tarixi abidə – Memfis və onun nekropolları, Qədim Tebe nekropolları, Nubiya heykəlləri, Qahirənin tarixi mərkəzi, Müqəddəs Katerina məbədi, Əbu Mena monastırı, Fayyumdakı Əl Hİtan vadisi də siyahıya daxil edilib.