- Ədəbiyyat

Sevil GÜLTƏN. Bir lalın dil açan, danışan duyğuları…

Duyğularım şeirə dönməyəndə ağır xəstə kimi oluram. Ağrılardan zarıyıram. Ölüm arzulayıram özümə. Şeirə çevrilməyən duyğularım ağrıya dönüb başımın bir yerində gizlənir. Başımın həmin yeri ürək kimi döyünür.O döyüntülər elə bil nəsə demək istəyir mənə. Ağrılarım haray çəkir. Heç kim, heç nə kömək edə bilmir ağrılanma.

Hərdən susuram balıq kimi, hərdən isə quş kimi qanadlanıram. Səbəbkarı Sənsən!

* * *
Quş harada qanad açar? – Havada. Sən mənim üçün havasan. Sonsuz məkansan. Uçmaq üçün ən gözəl bir yer …

* * *
Səndən əvvəl qəlbimdə o qədər lazımsız duyğular var idi ki … Sənə olan sevgim yox etdi onları. Qəlbimdə indi yalnız
yaxşı duyğular yaşayır.İstəmərəm ki, qəlbimdə pis bir şey olsun. Axı sevgimin evidir qəlbim …

* * *
Sənə olan sevgim işıqdır – gur bir işıq. Ən zülmət gecələrimi də nurlandırır…Soyuqdan tir-tir əsəndə qızdırır məni.

* * *
Hara getsəm tək getmirəm. Xəyalın məni hamıya qısqanır.

* * *
Bu gecə gözlərimdən soruşdum: -“Nə üçün yumulmursan?” Gözlərim cavab verdi: “Korsanmı, görmürsənmi sevdiyimin
xəyalı yanımdadır?”

* * *
Hər səhər yuxudan durub güzgüyə baxıram. Güzgüdən bir qadın boylanır mənə tərəf – Seydiyinin xəyalına qovuşrnuş
bir qadın. Onun üzündə həm xoşbəxtlik ifadəsi var, həm də küskünlük,

* * *
Kim mənim qədər ağlasaydı çoxdan kor olardı. Mən isə heç vaxt kor olmaram. Çünki gözlərimin Səni
görmək həsrəti o qədər böyükdür ki …

* * *
Bircə dəfə gözlərinə doyunca baxa biləydim … Bircə dəfə gözlərim sevinəydi. Onda gözlərimin nuru
butun dünyaya bəs edərdi. .

* * *
Hər dəfə ağ saçlarını görəndə kədərlənirəm. Ağaran hər saçın mənim Sənə qovuşmaq ümidimdir.
Sanki onların üstündən bir qara xətt çəkilir.

* * *
Məndən hər şey soruşa bilərsən. Amma heç vaxt soruşma ki, Səni niyə sevirəm, nə üçün sevirəm
və nə vaxta qədər sevəcəm. Çünki cavab verə bilmərəm.

* * *
Hər gecə xəyalın qonağım olur. Hər gecə. Xəyalın gecəni mənimlə keçirir. Xəyalın dodağımdan öpür,
saçlarımı sığallayır. Gözümün yaşını öpüşü ilə qurudur. Səhərlər ayılanda xəyalının əlləri dəyən yerləri bir daha nəzərdən
keçirirəm. ƏlIərinin izini axtarıram. Görə bilməyəndə aldandığımı başa düşüb ağlayıram. Göz yaşlarımı heç kəs silmir.

* * *
Ürəyim bomboşdur. Ümidlərim tərk edib ürəyimi.

* * *
Bax elə bu an Sən ürəyimdən çıxıb getdin. Bir an ürəyim döyunmədi. Döyünə bilmədi.

* * *
Hər gün səni bir az itirirəm. Mənə dediyin hər acı söz ürəyimdə cücərən neçə şirin sözlərimi dəfn edir.

* * *
Birdən Sənin üçün o qədər darıxıram ki… Az qalır ki, ürəyim köksümdən çıxsın. ürəyimdə olan sevgi ürəyimi özümə
qaytarır.

* * *
Dünən səsini eşitmədim. Səs payını əsirgədin məndən. Mən Sənin üçün hər şeydən keçərəm. Sən isə səsini də
qıymırsan mənə.

* * *
Görəsən indi haradasan, haralardasan?.. Nə düşünürsən, kimi düşünürsən… Əgər bilsəm ki, xəyalım Sənin qonağındır,
dəli olaram sevincimdən.

* * *
Gözlərimə payız gəldi. Gözlərimdən ürəyimə yaüışlar yağdı – ürəyimin tozu-torpağı yatdı…

* * *
Səni unutmaq istədim. Səni necə unutmaq üçün yollar arayaraq xəyala getdim… Bir də gördüm ki, Sən yanımdasan, mən
isə özümü unutmuşam.

* * *
Xəyalən dodaqlarından o qədər öpmüşəm ki… Dodaqlarının dodaqlarıma çöxlu öpüş borcu var… Dodaqlarım kasıblayıb,
dodaqlarına de ki, borclarımı qaytarsın.

* * *
Gözlər ürəyin tərcüməçisidir, dodaqlar isə dilin.

* * *
Bəzən susmuş dodaqlar daha şox danışırlar. Bircə baxışın dediyini min sözlə demək olmur.

* * *
Yerlə Göyün arasında sıxıla-sıxıla qalmışam. Ya gəl məni Göylərə qaldır, ya da ki, birdəfəlik Yerə çırp!

* * *
Kimisini paltarından Sənə bənzədirəm. Kimisinin duruşu Sənin duruşuna oxşayır. Kimisini eynəyindən Sənə bənzədirəm.
Səsinə bənzəyən səs eşitmədim, gözlərinə bənzər gözlər görmədim. Sənin üzündə olan işığı heç kəsdə görmədim.

* * *
Payız gəlir. Çoxları artıq payız paltarlarını geyinir. Hələ də yay paltarındayam. Mənim içimdə həmişə qışdır. Nə qədər
geyinsəm də içimdəki üşütmə keçməz.

* * *
Sevgimlə həsrətim ürəyimdə yanaşıdır. Həsrətim buz kimi soyuq, sevgim od kimidir. Ona görə də hərdən od tutub yanıram,
hərdən isə bədənim buza dönür.