- Köşə

Sima CƏFƏROVA. Yun yumaqdan xalça kəsməyə qədər…

       Dəfə-daraq

Dəfə-daraq — yerə kilim sərirlər, üstünə döşəkcə qoyurlar, sağ tərəfə ağzıgen bir qab, yanına da bir az balaca qab qoyurlar, sol tərəfə yuyulmuş, didilməmiş yun da yığırlar — olur dəfə. )))

Döşəkcənin qarşı tərəfinə itibucaqlı şəkildə bir alət – yun darağı yerləşdirəndən sonra olur “dəfə-daraq”. Əşya çoxluğu olduğuna görə “dəfə-daraq” deyilir. Bardaşqurma oturub    başlayırlar yun daramağa.

Əlçim — darağın dəmir dişindən keçib əlinə yığılan tərtəmiz yun, yarımdairə şəklində. Onlar yığılır ağzı gen qaba — buna “əlçim” deyirlər.

Bu işdə əlçimdən başqa çöpük də alınır.

Çöpük / kilkə — yundan ayrılıb darağın dişində qalan gərəksiz hissə, çoxalanda çıxarıb balaca qaba qoyurlar. Sonra əlçimlərdən ip əyirmək üçün istifadə edirlər. Bunun üçün çəhrə deyilən alətdən istifadə edirlər.

      Çəhrə

“Onun cəhrəsi çoxdan cırıldayır.” — ifadə qocalıqdan, xəstəlikdən zəifləmiş adam haqqında deyilir. Yəni daha əvvəlki hərəkəti, işə-gücə yaramağı yoxdur.

Keçək görək bu cəhrə nədir, onun cırıldamağı niyə dastan olub.

Cəhrə — toxuculuq alətidir. Aşsğıdskı hisdələr düz və ağır taxtanın üstünə yığılır;      Çarx — diametri 55 – 60 sm, eni 5-6 sm – lik araba təkəri kimi pərlərdən düzəlir, pərlərin ucu şin deyilən tam hamar əyilmiş ağaca birləşir, ağacın kənarları haşiyə kimi olur ki, kiriş çarxdan sürüşüb çıxmasın. Çarxın oxu iki tərəfdən taxtaya perpendikulyar bərkidilmiş ağacların — banın oxdan azca geniş olan deşiklərinə keçirilir. Oxun bir ucunda fırlatmaq üçün qulp olur.

Kiriş — çəpinə nazik kəsilmiş, qurudulub yenidən isladılaraq bir az burulmuş, həmişə yağlı kimi olan dairəvi bağlanmış dəri “ip”. Sonralar bərk bükdərilmiş ipdən də kiriş düzəldir, onu yaxşı sürüşməsi üçün qırlayirdılar. Kiriş təkərlə iyi əlaqələndirir, təkər fırlamdıqca iyi fırladır ki, əlçiçdən yunu çəkib ip düzəltsin. Yağı qurtaran, qırı tükənən kiriş cırıldayır. Hələ belə deyim də var: “filankəs kiriş qırrayır”, yəni götür-qoy edir. .

İy — poladdan ( lap əvvəllər ağacdan olub) dümdüz, 30 – 35 sm uzunluğunda hazırlanmış iynə. İy cəhrə taxtasının sol qurtaracağına bərkidilmiş 10 -15 sm-lik ağacla əlaqələndirilirdi. İyin əsas uc hissəsi tam hərəkət sərbəstliyi ilə oturan adama doğru istiqamətlənirdi. İyin arxa hissəsinə — siyirə qulaqcıq taxılırdı ki, kirişi iydən çıxmağa qoymasın.

Qulaqcıq — qalın bərk dəridən dairəvi kəsilir, iy onsuz hərəkət edə bilməz.

“Kələfi dolaşıb”— biri yanlış hərəkət etdikdə ona deyirlər.

Bu kələf nədir, niyə dolaşır?

Daraqdan çıxmış əlçimləri yanına qoyub əyləşirlər cəhrənin qarşısında, döşəkcənin üstündə. Nir əlçiçdən əlində bir uc düzəldib iyə dolayır,  cəhrənin çarxını fırlatdıqca əlçimdəki yun da rəvan-rəvan süzülüb, az burulmuş ip yarsmır. Arada ip qolun çatdığı qədər uzananda çarxı azca geri fırladır, ipi iyin ortasına dolayırlar. Beləliklə, iki tərəfə doğru nazilən ip topası əmələ gəlir, buna “dükcə/tüh’cə” deyirlər. Onlarla cox ehtiyatla davranırlar ki, ipin səfi pozulmasın. Dükcələri xəlbir içinə yığardılar. Sonra iki dükcədəki ipi yanaşı qoyub top kimi sarıyırdılar. Buna da elə “yumaq” deyirdilər. Yumaqdakı ipdən olduğu şəkildə ilmə kimi istifadə edirdilər. Bunun üçün onu dizə çarpaz dolayıb kələf düzəldirdilər. Kələflər müxtəlif rənglərlə boyanır, açıq havada qurudulur, sonra yenidən hər rəng ayrıca yumaqlanırdı. Kələfdə iplər çarpaz durduğuna görə çox nadir hallarda dolaşardı, dolaşanda açmaq çətin olardı. Çünki dolaşmış kələfi açmaq istədikcə daha da dolaşır. Filankəs də müşkül bir işin içində dolaşanda deyirlər: “Onun kəıəfi dolaşıb”.

İplər istifadə dairəsinə görə çoxnövlüdür və növünə görə hazırlsnır. İlməni hazırladıq, ən həssas, ən incə ipdir, onu bükdərməzlər.

Bükdərmək — iki ya üç ipi birlikdə cəhrədə yenidən burub iyə dolamağa “bük’dərmək’ ” deyirlər.

Arğac — dükcəyə sarınanda ilmədən azca artiq burulur, yumaqlanandan sonda iki ip birlikdə bükdərilir. Xalça-kilim toxumada arğac ilmələri bərk saxlayan, ərişi eninə bir-birinə yanaşı bənd edən ipdir..

Əriş — xalca-kilimin əsas amili. Xananın alt və üst tirlərinə dolanır, cüt olur, xalçanın eni və uzunu ərişlə müəyyənləşir. Əriş üç qat, yaxşı bükdərilmiş ipdən olur.

Küjü ipi — xüsusi qalınlıqda, xüsusi bərklikdə bir qədər qalın, yaxşı bükdərilmiş ipdir. Onun xalça toxumada xüsusi əhəmiyyəti var. O, xərclənmir, bəzən illərlə istifadə olunur.

Ağız ipi — arğac ipi kimidir amma xalçanın yan tərəflərində hər arğac dönəmindən sonra toxunan əlavə ipdir. O toxunmasa, xalçanın yanları ortadsn geri qalar, əyilər.

Məişət əşyaları — corab, əlcək, digər geyim əşyaları toxumaq üçün də iplər üç qatla bükdərilir, amma çox incə.

Hec kəsin kələfi dolaşmasın.

    Xalçanın toxunması

Deyirlər: “X/Hanan darda qalmasın” — yəni işin yarımçıq qalmasın, ömrün yarımçıq bitməsin.

Gözüm yollarda qoyan, hey,
Hanası darda qalan, hey,
Suya gedib gəlmədin
Məni dərdə salan, hey.

Əslində el arasında bunun qarğış forması da var.

X/Hana;

Yan qollar — 25×30 qalınlığında,  oxu birləşdirmək üçün  aşağıda, yuxarıda oyuq açılmış iki ağac, aşağı ucu divardan aralı yerə, yuxarı uçu divara bərkidilir.

Ox — 18-20 sm diametrində alt və üst oturacaqlar. Ox qollarda açılmış deşiklərə qoyulur, iri pazcıqlarla aşağısından, yuxarısından bərkidilir. Lazım olanda boşaldılır, bərkidilir.

Biri hananın başında oturur, sıyrylıb (xırxalanıb) təmizlənmiş ərişi hananın oxlarına dolayırlar. Burada əsas şərt əərişin bərabərliyi və sıxlığıdır.

Xalça toxunduqca pazcıqlar boşaldılır, küjü endirilir, həvə ya da ayaqla xalça arxaya itələnir. Buna xalçanın endirilməsi deyirlər.

Küjü — diametri 8-10 sm olan dümdüz, hamar ağacdır. Üstünə küjü ipi dolandıqca iki ərişdən biri içəridə qalır. Bu iş ərişin arğacların o üz bu üzünə keçib bütövlük yaratması üçündür. Bu işdə vərəngəlan əsas rol oynayır.

Vərəngəlan ( bəzi yerlərdə ardağacı – yəni arxa tərəfdə ərişi nizamlayan) — (olsun ki, ifafə varan və gələn – gedən və gələn sözlərindən yaranıb.) Dəryaz sapına oxşar, hamar, düz ağacdır. Küjüdəki ərişlər onun bir üzündə, kənardakılar digər tərəfində yığılır. Bu iki alət əlaqəli işləyir.

Xalça toxunmağa ağız ipi ilə başlanır, sonra bir neçə qat arğac toxünür, üstündən ilmələr kecirilir. Bir cüt ərişin arasından ilmənin açıq ucu keçirilir digərindən fırlanıb çüt tutulur və kəsilir.

Çin —bir sıra toxunmuş ilmə düzümünə “çin” deyilir.

Hər çinin üstündən iki sıra arğac keçirilir. Hər çinin üstündən kirkidlənir.

Kirkid — qövsvari ikidişli alət. İlmələrin yaxşı yerləşməsinə xidmət edir, çox vaxt hsmar və nazik buynuzdan düzəlir.

Həvə — üçbucaq formalı, bir qədər qabarıq, 20-25 sm enində,  bir tərəfində daraq kimi özündən yonulmuş  dişləri, diğər tərəfdə tutacağı olan alət. Çox vaxt iki çindən bir həvə ilə döyulür, həm bərkidilir, həm tarazlıq qorunur.

Hər çində xovun hamarlığı üçün ilmələrin ucları qayçı ilə qırxılır. Bu işi xüsusi qabiliyyəti olan toxucular icra edirlər.

Səkmək — naxışın başlanğıcını və sonunu ilmə ilə işarələmək.

Xalçanı kəsmək — toxunub bitmiş xalça ağız ipi ilə bağlanır. Ağız ipi ilə bağlanmış hana darda hesab olunur. Sonraya saxlamadan ərişləri kəsilib xirda saçaqlar hörür, xalçanı hanadan götürürlər ki, darda qalmasın.

ÜMUMİ NAXIŞLAR:

Bu naxışlar bütün növ xalçalarda olur.

Göl — xalçanın orta hissəsində içinə naxışlar salınan sini.

Yelən — xalçanın 4 tərəfində xırda naxışlardan salınmış, sərhədlə ayrılan hissə.

Alamüncüq — iki ya üç rəngin ardıcıl, ahəndar düzümü, əsasən yeləndə sərhəd yaradır

Bir də var çeşni.

Çeşni — hər xalçadakı özünəməxsus bəzəklərə deyilir. Çox vaxt xalçalar çeşni ilə adlanır.