Məşhur milyarder bir gün oğlunu çağırıb ona bir ağzı bağlı zərf verib deyir:
-Bir gün mən də öləcəm. Al bu zərfi saxla, çıxılmaz vəziyyətə düşəndə açarsan.
Bir neçə il sonra milyarder xəstələnir və yatağa düşür. Vəsiyyət edir ki, onu ayağında corabla dəfn etsinlər. Amma heç bir imam buna razılıq vermir.
Milyarderin oğlu axşam başını əllərinin arasına alıb nə edəcəyini düşünərkən zərf yadına düşür. Gətirib açanda görür orda belə yazılıb:
“Oğul, mən dünyanın tanınmış milyarderlərindən biriyəm. Amma mənə bir cüt corabı belə o dünyaya aparmağa icazə vermirlər. Bunu heç vaxt unutma. Dünya malı dünyada qalacaq”.