Qasım bəy ZAKİR
Sən onda elə zovqu səfa bağ arasında,
Mən munda yanum piltə kimi yağ arasında.
Peykanlarını sineyi-cakimdə gorən der: –
Bir qonceyi-tərdir ki bitib bağ arasında.
Konlum quşunu seyd elədi qəmzəvu ceşmin,
Qorxum budu qanlar duşə ortaq arasında.
Getmişdi sacı seyrinə, dil gəlmədi, bişək,
Gum oldu şəbi-tardə sığnaq arasında.
Ol guşeyi-əbruydə ceşminmidi, yoxsa,
Yatmış iki Xutən geyiki tağ arasında?
Nasehlər edir mən məni mutribu meydən,
Əfsus ki, qaldım necə sarsaq arasında.
Zakir, rəhi-eşqində diriğ eyləmə canı,
Ta nami-nikuyin qala üşşaq arasında.