“İşğaldan azad olunan rayonların mərkəzi kitabxanalarının və Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatına – İFLA-ya müraciət etmişik”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib.
O bildirib ki, müraciətə İFLA tərəfindən baxılıb və tədbir görülməsi üçün UNESCO-ya göndərilib: “Hazırda UNESCO-nun bununla bağlı missiya göndərməsini gözləyirik”.
Tahirov erməni işğalından azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən 975 kitabxananın tamamilə məhv edildiyini və onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsullarının tamamilə yandırıldığını vurğulayıb.