- Cəmiyyət, Manşet, Xəbərlər

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin hesabatı

 

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi 2021-ci ilin aprel ayı üzrə hesabatını açıqlayıb. Hesabatda deyilir:

“Mərkəz aprel ayında da radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarını aşkar etmək üzrə monitorinqlərini bu ayda da davam etdirib. Bu barədə aprel ayının 14-də Ziyalılar Prezident Administrasiyasına yenidən müraciət edib. Bu ilin fevral ayında 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad edilməsinə yardım etməsini xahiş etmişdi. Həmin müraciət Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya problemin həlli istiqamətində heç bir addım atmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.

Aprel ayının 23-də “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin dövlət dilinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu sahədə mövqeyini və mövcud çatışmazlıqlarla bağlı narahatlığını təqdirəlayiq hesab edirik”, –  deyə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri Aydın İbadovdan müraciətimizə cavab gəlib.
Bundan əlavə, problemin ictimailəşdirilməsi üçün Mərkəzin əməkdaşları tanınmış ziyalılardan müsahibə götürərək müxtəlif saytlarda dərc etdirmiş və sosial şəbəkələrdə yaymışlar: Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı: “Ana dilini bilmədən bu torpağı duymaq və sevmək hər adamın işi deyil”
(Sima Cəfərova), Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva: “Özünə hörmət qoymayana başqaları da hörmət qoymaz” adlı müsahibəni isə Gülyaz Əliyeva təqdim edib. Həmçinin, Mərkəzin sədri Vasif Sadıqlının “Reklam Agentliyi, Frina və kazuistika”, Mərkəzin üzvü Sima Cəfərovanın: “Söz kamillikdir”adlı yazıları bir sıra saytlarda dərc edilib.

Ziyalıların Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciətin mətni elektron mətbuatda ( “moderator.az ,” “azərinform.kom”, ” rupor.az”, “dəlidağ.az “, “teleqraf. com”, “redaktor.az”, “tezadlar.az”, “axar.az”, “ ”, edalet.az”, “rupor.az”, “kulis.az “, “ilkxeber.org”, “kamilinfo.net” saytları) dərc edilib. Bundan başqa, hurriyet.az”, “milletinsesi.info”, “sitat.news”, “bakısesi.com”, “sabahnews.az”, “azpolitika.info”, “yenixeber.org”, “bizimmedia.az”, “operativxeber.az”, “musavat.com”, “axar.az”, “publika.az” saytları məsələ ilə bağlı materiallar dərc edib.

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin mətbuat xidməti