Avropanın Kopernik İqlim Müşahidə Xidmətinin alimləri dünyada 13 aydır davam edən rekord yüksək temperaturun başa çatdığını elan ediblər.
“Report” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Müşahidələr göstərib ki, 2024-cü ilin iyulu 2023-cü ilin iyulundan bir qədər sərin keçib. Mütəxəssislər qeyd ediblər ki, ötən ilin iyul ayında dünya üzrə orta hava temperaturu 16,91°C olub ki, bu da bir il əvvəlki nəticədən 0,04°C azdır.

Bununla belə, istiləşmə həm də Sakit Okeanda temperaturun artması ilə əlaqəli olan El Nino iqlim fenomeni və Günəşdə hiss edilən aktivlik ilə əlaqədardır.

Digər tərəfdən qlobal orta torpaq nisbi rütubət dəyərləri də son 40 il ərzində azalma tendensiyası göstərir və 2000-ci illərin əvvəllərindən bəri aşağı səviyyəyə düşüb.