- Cəmiyyət

Təl-Əvivdə hava həyəcanı, 20 nəfər xəsarət alıb

Təl-Əvivdə hava həyəcanı elan edildikdən sonra təxminən 20 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, həkimlər xəsarət alan 20-dən çox insana yardım göstəriblər. Yəməndən atılan raketin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar sirenalar işə salınıb.