UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
“Report” xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. “Betis” ilk oyunda 2:1 hesablı qələbə qazanmışdı.
“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”i öz meydanında da üstələyib – 1:0.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
“Fiorentina” (İtaliya) – “Betis” (İspaniya) 2:2
İlk oyun – 1:2.
“Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç) 1:0
İlk oyun – 4:1.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.