- Cəmiyyət

Zelenski Trampa cavab verib: Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-lı həmkarı Donald Trampın çağırışına cavab olaraq bildirib ki, mayın 15-də Türkiyədə danışıqlara hazırdır, amma şəxsən Rusiya lideri Vladimir Putinlə.

APA “Unian“a istinadən xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

Zelenski həmçinin 12 may tarixindən etibarən atəşkəs razılaşmasından imtina etmədiyini də vurğulayıb.

“Biz sabahdan etibarən tam və uzunmüddətli atəşkəsi gözləyirik ki, diplomatiya üçün zəruri zəmin yaransın. Qətlləri uzatmağın mənası yoxdur. Və Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə görüşə gəlməmək üçün bəhanə axtarmayacaqlar”, – deyə Zelenski yazıb.