Dünyanın bir sıra ölkələrində yutub videohostinq xidmətinin fəaliyyətində nasazlıq müşahidə olunur.
“Report”un xəbərinə görə, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin saytı məlumat yayıb.
Məlumata görə, istifadəçilərin 3 %-i proqramın işində nasazlıqların olduğunu, 16 %-də videoların nümayiş olunmadığını, 81 %-i sayta daxil olarkən çətinliklə üzləşdiyini qeyd edib.
Ən çox şikayət ABŞ-dən edilib. Ölkənin 5 mindən çox vətəndaşı tətbiqin işindən şikayətlənib.
Sosial şəbəkənin fəaliyyətində problemlər Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdə də qeydə alınıb.