- Cəmiyyət

30 min hərbçi Rusiyaya gəlir

Rusiya Şimali Koreyadan əlavə 30 min hərbçi qəbul etməyi planlaşdırır və bununla bağlı hazırlıq işlərinə artıq start verib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı şərh edərkən danışıb.

Zelenskinin sözlərinə görə, Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi üçün hazırlıqlar iyun ayından etibarən Voronej vilayətində aparılır.

“Rusiya Şimali Koreyadan daha 30 min əsgər qəbul etmək istəyir. Onların gəlişi üçün hazırlıqlar iyun ayından bəri Voronej bölgəsində davam edir. Şimali Koreya eyni zamanda Rusiyaya yeni ballistik raket buraxılış qurğuları da verməyə hazırlaşır”, – deyə Ukrayna Prezidenti bildirib.