- Cəmiyyət

Ağ Ev: Trampın Zelenski və Netanyahu ilə görüşləri müsbət və məhsuldar keçib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşləri başa çatdırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında paylaşım edib.

“Prezident Tramp Oval kabinetdə Prezident Zelenski və Baş nazir Netanyahu ilə görüşlərini başa çatdırıb. Hər iki görüş müsbət və məhsuldar keçib”, – deyə paylaşımda deyilir.