Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko sakinlərə qış gəlməmiş şəhəri müvəqqəti tərk etməyi tövsiyə edib.
Modern.az xəbər verir ki, Kliçko Rusiyanın enerji infrastrukturuna hücumları səbəbindən qışda istilik və digər kommunal xidmətlərlə bağlı ciddi problemlərin yarana biləcəyini bildirib.
Mer şəhərdən kənarda qalmaq imkanı olan sakinləri alternativ yaşayış yeri tapmağa çağırıb. O, eyni zamanda Kiyevin mümkün böhran vəziyyətinə hazırlaşdığını qeyd edib.









