Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təqdim olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə orkestr Fuad İbrahimovun dirijorluğu ilə klassik musiqi nümunələrini səsləndirib.
Proqram çərçivəsində A. Dvořákın “İki vals” op. 54, P. Hindemithin “Beş pyes” op. 44, J. Sibeliusun “İmpromptu” op. 5 və A. Foote-un Mi major süitası op. 63 əsərləri ifa olunub.









