- Yumor

Müxtəlif lətifələr

Təməl bir çox Türkiyə vətəndaş kimi Almaniyada işləməyə gedir, avtomobil zavodunda işə düzəlir. Bir gün məlumat gəlir ki, Sov.İKP MK-nın baş katibi Xruşşov Almaniyaya səfərə gəlir və səfər çərçivəsində Təməlin işlədiyi zavodda da olacaq.

Vaxt yetişir, Xruşşov zavoda gəlir və dəzgahların arası ilə gəzərkən Təməli görür. İkisi də bir-birinə sarılır. Xeyli söhbət etdikdən sonra Xruşşov zavoddan ayrılır. Zavodun sahibi çağırtdırır Təməli yanına və soruşur:
– Sən Xruşovu haradan tanıyırsan?
Təməl cavab verir ki: bir vaxtlar mən kommunist idim. Bir may bayramında moskvalı yoldaşları təbrik etmək üçün məni göndərmişdilər. Orda yoldaş Xruşşovla tanış oldum.
Bir müddət keçir, bu dəfə ABŞ prezidenti Nikson gəlir səfərə və o da zavoda gəlir. Təməli görən Nikson əziz adamını görürmüş kimi sarılır ona.
Nikson getdikdən sonra zavodun şefi yenə Təməli çağırıb soruşur:
– ABŞ prezidenti ilə necə tanış olmusunuz?
Təməl cavab verir ki: bir vaxtlar Amerikaya mühacirət etmişdim. Orada miqrasiya xidməti ilə problemim çıxdı. O vaxtlar vəkil olan Nikson mənim hüquqlarımı müdafiə etdi. O vaxtdan tanışıq.
Bir müddətdən sonra Fransa prezidenti De Qoll Almaniyaya gəlir və zavodu ziyarət edir. Burda Təməli görən Qoll köhnə dostlar kimi qucaqlaşır Təməllə. O gedəndən sonra zavodun şefi gəlir Təməlin yanına ki, bununla necə tanış olmusan? Təməl qayıdır ki- müharibə vaxtı Fransa müqavimət hərəkatında partizan olub və De Qollu oradan tanıyır.
Zavodun şefi ironiya ilə deyir:
– Bəlkə, deyəsən ki, Roma papasını da tanıyırsan?
– Əlbəttə, tanışıq.
– Sübut edə bilərsənmi?
– Papanın bazar günü duasına gəl. Orada papanın yanında görəcəksən məni.
Şef bazar günü ənənəvi bazar günü duasına gəlir. Meydanda camaatın arasında gözləyir. Bu vaxt papa balkona çıxır, sağ tərəfində də Təməl. Təməl meydanda gözlərilə şefinin axtararkən birdən qarışıqlıq yaranır və bir nəfər yerə yıxılır. Yıxılanın şef olduğunu görən Təməl papaya üzürhaxlıq edib meydana düşür. Toplaşanlardan: “O, mənim şefimdir. Nə oldu ona?” – deyə soruşur. Bir nəfər cavab verir: “Papa balkona çıxarkən bunun qarşısında iki yapon durmuşdu. Onlardan biri o birinə dedi:
– Sağ tərəfdəki bizim Təməlidir. Soldakı kimdir, görəsən? Bunu eşidən şef yerə yıxıldı.

Firuz Cəfər paylaşıb

****

Bir gün gözəl və ağıldanyüngül bir qadın gəlib Sokrata deyir: Təklif edirəm ki, mənimlə evlənəsiniz.
Bizim bir övladımız olar. O, gözəllikdə mənə, ağılda isə sizə oxşayar. Sokrat gülüb deyir:
– Belə olsa, yaxşıdı. Amma qorxuram tərsinə ola, ağılda sizə, gözəllikdə mənə oxşaya.

***

Sokrata bir nəfər təpik vurur. O isə heç nə olmamış kimi, yoluna davam edir. Soruşurlar, böyük flosof, o heyvərənin cavabını niyə vermədin?
Sokrat deyir:
-Sizə bir heyvan təpik vursaydı, siz də belə etməzdinizmi?

***
Deyirlər, məşhur sufi Bəyazid Bistaminin bir yəhudi qonşusu var imiş. Bir gün ondan soruşurlar ki, belə böyük bir şəxsiyyətin qonşususan, nə əcəb islamı qəbul etmirsən? Yəhudi deyir: «Onu kimi müsəlman olmağa güjüm çatmaz. Sizin kimi müsəlman olmaqdan isə, olmamaq yaxşıdır».

***
Bakı kəndlərindən bir kişi neft buruqlarında işləyirmiş. Bir gün bunun başına turba düşür və ölür. Orada bir həmkəndlisi varmış. Göndərirlər ki, get xəbəri bunların ailəsinə çatdır. Xəbərdarlıq da edirlər ki, bax ha, qəflətən demə, yavaş-yavaş. Kişi deyir, uşaq ha döyüləm, xatirjəm olun. Gəlir həmkəndlisinin evinə. Qapının zəngini basır. Qapını uşaq açır. Kişi soruşur:
-Atan evdədi?
-Yox.
-Hardadı?
-İşdə.
-Nə vaxt gələr?
-Axşam.
-Ay gəldi yaa, ölüb eee!.

***
Kafeyə iki kovboy girir. Stolların birinin ətrafında üç kişi oturubmuş. Kovboyun biri o birinə deyir: «O stoldakı sarışını görürsən?» Dostu deyir: «Onların üçü də sarışındı». Kovboy deyir: «Bığlını deyirəm». Dostu deyir: «Onlar üçü də bığlıdı». Kovboy deyir: «Sambrerolunu deyirəm». Dostu deyir: «Onların üçü də sambreroludu». Kovboy əsəbiləşir. Piştoyu çıxırıb onların ikisini vurur. Sonra dostuna deyir: «O sağ qalanı deyirəm…. Bilirsən, nə alçaqdı…!».

***
Şahın bir kişiyə qəzəbi tutur və əmr edir ki, ona yüz şallaq vursunlar. Hər dəfə şallaq belinə təmas edəndə kişi deyirmiş: «Sağ ol, şahım». Şah deyir, dayanın. Sonra kişidən soruşur: «Bu nədi? Mən səni döydürürəm, sənsə təşəkkür edirsən? İzah elə» Kişi deyir: «Şahım, sən özbaşına bir adamsan. Əlinin üstündə əl yoxdu. Kefin istəsə, istənilən günahsız adamı, elə məni də dar ağacından da asdıra bilərsən və ya əmr edərsən, iki şaqqa da eləyərlər, şirlərə də atdıra bilərsən. Amma sən bunların heç birini etmirsən, sadəcə, döydürürsən. Ona görə deyirəm: «Sağ ol, şahım».

***
Bir kişi bir evə qonaq gedibmiş. Ev yiyəsinin iti hürür və qonaq gedən kişi qorxub geri çəkilir. Ev yiyəsi çıxıb deyir ki, ay qardaş, qorxma, eşitməmisən, məsəl var, “Hürən it tutağan olmaz”? Qonaq cavab verir ki, o məsəli mən bilirdim, dedim, birdən sizin it bilməz.

***
Bir qabrovolunun əkiz uşaqları varmış. Şəhərdə institutda oxuyurlarmış. Bir gün atalarına məktub yazırlar ki, bizə iyirmi manat pul göndər, şəkilimizi çəkdirək, sizə göndərək, görün nejə dəyişmişik. Ata on manat göndərir və məktuba belə cavab yazır: «Bala, biriniz çəkdiriin, yetər, bir-birinizə oxşayırsınız, əlavə xərc nəyə gərək?»

***
Deyirlər, bir qoca kişi bir həkimin yanına gedib ayağının ağrısından şikayət edir. Həkim soruşur: «Neçə yaşın var?» Qoca «səksən» deyə cavab verir. Həkim deyir: «Səksəndəndi». Qoca deyir: «Həkim, yaxşı, mənim o biri ayağımın da səksən yaşı var, bəs niyə o ağrımır?»

***
Bir amerikalıdan müsahibə götürürlər: «Siz necə oldu, milyarder oldunuz?». Cavab verir: «Biz Nyu-Yorka gələndə cəmi on sentimiz vardı. Bu pula iki kilo kirli alma aldıq, onu yuyub semiçka yağı ilə yağladıq və iyirmi sentə satdıq. Sonra o pula dörd kilo alma aldıq, yuduq, semiçka yağı ilə yağladıq, qırx sentə satdıq, yenə o pula alma aldıq, yuduq, yağladıq səksən sentə satdıq…» «Bəs sonra?». «Sonra bir milyarder nənəmiz vardı, o öldü, pulunu bizə vəsiyyət elədi».

***
Praktikant həkim cərrahiyyə əməliyyatı aparır. Sonra professoru dəvət edirlər ki, qiymət versin. Professor baxıb deyir: «Hər şey yaxşıdı, bir balaca səhv edibsiniz» «Nə səhv?» «Kişinin xəstə ayağını yox, sağlam ayağını kəsibsiniz».

***
İngilisin arvadı da olur, məşuqəsi də. Amma ingilis arvadını sevir.
Fransızın arvadı da olur, məşuqəsi də. Fransız məşuqəni sevir.
Yəhudinin arvadı da olur, məşuqəsi də. Yəhudi anasını sevir.
Rusun arvadı da olur, məşuqəsi də. Rus içməyi sevir.

***
Bir nəfər psixiatra şikayət edir:
Gecələr səhərə qədərə qarabasma görmüşəm. Görürəm ki, zirzəmidəki siçovullar komandalara bölünüb futbol oynayırlar. Həkim ona dərman verib deyir:
-Al bunu iç, düzələcək.
Xəstə deyir:
-Həkim, olarmı bu gün içməyim?
-Niyə?
-Çünki sabah onlarda finaldı. Vur-çatlasın olacaq.

***
Gözbağlayıcı növbəti fokusu göstərməzdən əvvəl salondan bir nəfəri manejə dəvət edir. O, səhnəyə çıxan uşağa deyir:
-Qoy tamaşaçılar elə bilməsin ki, biz əvvəlcədən razılaşmışıq. Biz bir-birimizi ilk dəfə görürük, elə deyilmi?
– Əlbəttə, ata!

***
İki dəli dəlixananın dəhlizində oturub. Tibb bacısı onların yanından ötüb qapılardan birini açmaq istəyir, amma bacarmır.
Dəlilər:
-Möhkəm dart!
Tibb bacısı daha möhkəm dartmağa başlayır. Amma qapı açılmır. Tibb bacısı deyir:
-Yəqin, bağlıdır.
Dəlilər:
– Yox əşşi, qapı o biri tərəfə açılır. Biz elə bildik, sənə dəstək lazımdır.

***

Ata öz oğlunu öyrədir:
-Bala, ağıllı adam hər şeyə şübhə edir. Yalnız axmaq nəyəsə tam əmin ola bilər.
-Buna əminsənmi, ata?
-Tamamilə!

***

-Niyə qadınlar hərbçilərə ərə getməyi sevirlər?
– Çünki onlar yemək hazırlamağı, paltar yamamağı, yatağı düzəltməyi, bacarırlar, canları sağlam olur və tabe olmağı öyrəniblər.

 278 Oxunub