- Yumor

Sovet lətifələri

Bir vaxtlar fironlar və yəhudilər vardı. Fironlar öldü, yəhudilər qaldı. İnkvizitorlar və yəhudilər vardı. İnkvizitorlar öldü, yəhudilər qaldı. Nasistlər və yəhudilər vardı. Nasistlər öldü, yəhudilər qaldı. İndi kommunistlər və yəhudilər var
-Nə demək istəyirsan?
-Heç nə. Yəhudilər finala çıxdı.

***

Rabinoviç hər səhər qəzet köşkündən “Pravda” qəzeti götürür, birinci səhifəyə baxır, almayıb qaytarır. Bir neçə gündən sonra satıcı soruşur:
-Nə axtarırsan?
-Nekroloq.
-Nekroloqlar sonuncu səhifədə olur.
-Mənim gözlədiyim nekroloq birinci səhifədə olacaq.

***

Lektor beşilliyin uğurlarından danışır:
-Şəhərdə elektrik stansiyası tikilib…
Zaldan səs:
-Mən ordan gəlirəm. Heç bir elektrik stansiyası yoxdu.
Lektor davam edir:
– Şəhərdə kimya zavodu tikilib…
Həmin səs:
– Bu yaxınlarda orda idim. Heç bir zavod yoxdu.
Lektor qəzəblənir:
– Siz, yoldaş, az avaralanın, bir az qəzet oxuyun.

***

Pessimistlı optimistin fərqi nədir?
-Pessimist yaxşıca məlumatı olan optimistdir, optimist isə yaxşıca instruktaj olunmuş pessimist

***.

Ah bu yəhudilər! Özləri üçün sionizm, başqaları üçün marksizm düşünüblər. Leninin yubileyi ilə bağlı ən yaxşı lətifələr üçün müsabiqə. 3-cü mükafat – 3 il ciddi rejim, 2-ci mükafat – 7 il ciddi rejim, 1-ci yer – yubilyarla görüş.

***

Stalin məruzə edir. Kimsə asqırır.
-Kim asqırdı? (hamı susur) 1-ci sıra, ayağa qalxın. Güllələnsin (alqışlar). Kim idi asqıran? (sükut) İkinci sıra ayağa qalxsın, güllələyin. Kim idi asqıran? (sükut). Üçüncü sıra ayağa qalxsın. Güllələyin. (gurultulu alqışlar. Hamı ayağa qalxır şüar qışqırır: “Böyük Stalinə eşq olsun!”) Kim asqırdı?
-Mən, mən! (bir nəfər hıçqırır)
– Sağlam olun, yoldaş!

***
İnspeksiya sovxozları gəzib toyuqların necə yemlənməsini öyrənir: “Seçmə dənlə”, – sovxozların birində deyirlər. Onların üstünə qışqırırlar: “Seçmə dəni toyuğa verərlər??!” Məsələdən xəbərdar olan o biri sovxozda deyirlər ki, toyuqlara dənin artığını verirlər. Onların üstünə qışqırırlar: “Sovet toyuqlarına tullantı dən verirsiniz?!” Üçüncü sovxozun direktoru Rabinoviç deyir:
– Gündə bir toyuğa iki qəpik xərclənməli deyil? Biz özlərinə veririk, nə istəyirlər, alsınlar!

***

– Bu il məhsul necə olacaq?
– Orta: keçən ilkindən pis, gələn ilkindən yaxşı.

***

Kolxoz iclasında Amerika ilə yarış məsələsi müzakirə olunur. Qoca bir kişi söz alır:
– Amerikaya çataq, amma ötməyək. Axı şalvarımızın dalındakı yamağı görərlər!

***

– SSRİ-də kasıblar var?
– Var. Bəzilərinin şəxsi heç nəyi yoxdur. Mənzil, bağ, maşın – hamısı dövlətindir.

***

Brejnevin anası Moskvada oğlunun yanına gəlir. Onun qəsrini, bahalı əşyalarını, qulluqçularını, qarajını görüb ağlayır:
– Oğlum, 1917-ci il yadıma düşür. Qorxuram. Birdən qırmızılar yenə gələrlər.

***

Helmut Şmidt, Jiskar d Esten və Brejnev öz bahalı hədiyyələri ilə öyünürlər. Şmidt özünün bahalı siqar qabını göstərir. Üzərində yazılıb: “Əziz Helmuta onu sevən arvadından “. d Esten özünün orijinal trubkasını göstərir. Onun üzərində yazılıb: “Əziz Jiskara vətənpərvər fransız qızından”. Brejnev üstü brilyantlı qızıl portsiqarını göstərir. Onun üstündə yazılıb: “Hörmətli qraf Uvarova böyük knyaz Sergey Aleksandroviçdən “.

***
Kolxoz sədri qabaqcıl sağıcını çağırıb deyir:
-Mənə zəng edib dedilər ki, sabah mərkəzdən gəlib səndən intervyü alacaqlar.
– O nədi?
– Dəqiq bilmirəm. Hər halda hamama gedib yuyun.

***

SSRİ-yə gələn Nikson Brejnevdən soruşur ki, niyə sovet fəhlələri tətil eləmir? Cavab əvəzinə Brejnev onu zavoda aparır və fəhlələrə deyir:
-Sabahdan maaşınız azaldılacaq (alqışlar). İş günü uzadılacaq (alqışlar). Hər onuncu fəhlə edam ediləcək (alqışlar. Bir nəfər sual verir: “Kəndiri özümüz gətirək, yoxsa həmkarlar ittifaqı verəcək??”)

***

Psixiatrın qəbulunda:
– Doktor, məndə şəxsiyyətin pozulması var: bir şey düşünür, başqa şey deyir, üçüncünü edirəm.
– Bu, onu göstərir ki, tam normalsan!

***

Televiziyada dördüncü kanal işə düşür. İlk gün vətəndaş televizorun önündə oturub birinci kanalı açır. Orada Brejnev çıxış edir. İkinciyə çevirir, yenə Brejnev, üçüncüdə də Brejnev… Dördüncü kanala çevirir. Orada KQB polkovniki oturub barmağı ilə hədələyir: “Kanalları yaman çox dəyişirsən haa…”

***

Brejnev Kosıgindən soruşur:
-Bizdə nə qədər yəhudi var?
– 3-4 milyon.
– Biz onlara getmək icazəsi versək, çoxları istəyər?
– 10-15 milyon..

***.

– Kiçik Teatr nədir?
– Xarici qastroldan sonrakı Böyük Teatr.

***

Noyabr paradı üçün adamları sıraya düzürlər. Rabinoviçə tapşırırlar ki, Çernenkonun portretini götürsün.
O, etiraz edir:
-Yoldaşlar, qətiyyən mənə belə tapşırıq verməyin. Mən Brejnevin portretini götürdüm, o öldü, Andropovunkunu götürdüm, öldü…
– Yoldaş Robinoviç, Sizin qızıl əlləriniz var!

***

– Doğrudan, Dzerjinski uşaqları sevirdi?
– Bəli. Amma onların valideynlərinə nifrət edirdi.

***

– Döğrudan, sovet islah-əmək koloniyalarında gözəl şərait var?
– Bəli, biri şübhə edirdi. Tezliklə öz gözü ilə görmək imkanı əldə etdi. Ora xoşuna gəldi, ona görə hələ də qayıtmayıb.!

***

Brejnev və Nikson öz cangüdənləri ilə Niaqara şəlaləsinin yanında dururlar. Onları yoxlayıb deyirlər ki, özünü aşağı at. Amerikalı etiraz edir:
-Mənim ailəm, uşağım var.
Rus düşünmədən özünü atır. Onu tuturlar. Nikson soruşur:
-Necə oldu ki, özünü atmağa qərar verdin?
– Ailəm var, uşağım var…!

***

Sosialist, kapitalist və kommunist görüş təyin edirlər. Sosialist gecikir:
-Gecikdiyim üçün bağışlayın, kolbasa növbəsində dururdum.
– Növbə nədir? – kapitalist soruşur.
– Kolbasa nədir? – kommunist soruşur.

***

Bir yəhudi o birinə:
– Kommunizmdə mənim öz şəxsi təyyarəm olacaq.
– Nəyinə lazımdı?
– Birdən, tutalım, Kaluqada un paylayırlar. Yarımca saata orda olacam.

***

Uzunömürlü ilə telemüsahibə:
– Necə oldu ki, 167 yaşda belə yaxşı qaldınız?
– Böyük Oktyabr sosialist inqilabı idi…
– Yaxşısı budu, dekabristlərdən danışın.
– Böyük Oktyabr sosialist inqilabı idi…
– Zəhmət olmasa, Puşkindən danışın.
– Böyük Oktyabr sosialist inqilabı idi… Hərc-mərclik vaxtı mənim yaşımı 100 il artıq yazdılar.

 272 Oxunub