Adam dərin kədərə düçar olmuşdu. Heyvanlar onun başına toplaşıb dedilər: “Səni belə qəmli görmək istəmirik. Nə istəyin varsa, de, yerinə yetirək». Adam dedi: «İstəyirəm iti gözüm olsun». Kərkəs dedi: «Mənim kimi gözün olacaq». Adam dedi: «Güclü olmaq istəyirəm». Yaquar dedi: «Mənim kimi güclü olacaqsan». Adam dedi: «Yerin sirrini bilmək istəyirəm». İlan dedi: «Mən onları sənə göstərərəm». Bütün heyvanlar ona kömək etməyə razı oldular. Adam onların hədiyyələrini alandan sonra getdi. Bu vaxt bayquş heyvanlara dedi: «İndi Adam çox bilir və mən qorxuram». Maral dedi: «Adamın hər şeyi var, daha qəmlənməz». Bayquş dedi: «Yox. Onun daxilində bir çüxur var. Aclıq qədər dərin bir çüxur. Doymur, ona görə qəmlənir. Dünya ona: «Mənim sənə verəcək bir şeyim qalmadı” deməyincə əl çəkən deyil».
Ən son yazılar
Sabahın havası
22.12.2024Vasif SADIQLI. Mövlana Cəlaləddin Rumi
22.12.2024Dağlıq rayonlarda şaxta qeydə alınıb
22.12.2024Sosial şəbəkədə
Bölmələr:
Email: kamilinfo2021@gmail.com; eyokamil@gmail.com
Təsisçi və baş redaktor: Vasif Sadıqlı
Məsul katib: Fizzə Heydərova
Təsisçi və baş redaktor: Vasif Sadıqlı
Məsul katib: Fizzə Heydərova