- Manşet

Bu il Türkiyəyə daxil olmağa çalışan 321 terrorçu saxlanılıb

2021-ci il ərzində Türkiyəyə daxil olmağa çalışan 321 terrorçu saxlanılıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, son ay üçün müvafiq rəqəm 75-dir.

Terrorçulardan 54-ü FETÖ, 13-ü PKK/YPG, 8-i İŞİD üzvü olub.

Bildirilib ki, Türkiyə sərhədlərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi istiqamətində addımlar davam etdiriləcək.