- Mədəniyyət

“Çeşmə” folklor qrupu Konyada keçirilən aşıqlar bayramında iştirak edib

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu Türkiyənin Konya şəhərində keçirilən Aşıqlar bayramında iştirak edib.

Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, Karatay bələdiyyəsinin ev sahibliyi və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən və sayca 55-ci olan tədbirdə Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan, İran və İraqı təmsil edən, ümumilikdə 19 şəhərdən 35 ozan-aşıq iştirak edib.

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və gənc aşıqlardan Roman Azaflı, Əfsanə Kərimli, Rəqsanə Məmiyeva, Gülbəyaz Dadaşova və Nəzrin Məlikovanın çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, tədbirin təşkilatçıları tərəfindən mükafata layiq görülüblər.