- Manşet, Maraqlı

Hindlistanda kimlər və niyə çalma bağlayır?

Çalma dünyanın bir çox xalqlarına xas olan ən məşhur orijinal baş geyimlərindən biridir. Hindlilər öz parlaq və kifayət qədər böyük baş geyimləri ilə xüsusi olaraq seçilir. Amma bu ölkədə heç də hamı çalma bağlamır və bu baş geyiminin rəngini və ölçüsünü tənzimləyən bir çox qaydalar var.

Çalma Hindistanın milli dinlərindən birinin – siqhizmin ənənəvi baş örtüyüdür. Üstəlik, əvvəllər – 15-18-ci əsrlərdə bu inanc formalaşanda yalnız yüksək kastalarının nümayəndələrinin çalma bağlamaq hüququ var idi.

Hindistanda çalmaya paqri, qısaca paq və bəzi yerlərdə dəstər deyilir. Siqhlər dəstəri saçları toxunulmaz saxlamaq üçün bağlayır. Onlar saçlarını heç vaxt kəsmirlər. Üstəlik, bığlı-saqqallı evli kişinin camaat arasına çalmasız çıxması əsl biabırçılıq sayılır.

Çalma uzun bir parçadır və hər gün onu başa dolayırlar. Lakin siqhizmi təbliğ edən hindlilər bu baş örtüyünü təkcə adət-ənənələrə görə taxmırlar, həm də ona əməli dəyər verə bilmişlər. Məsələn, qızıl və zinət əşyalarının, möhürlərin, hətta sənədlərin çalmalarda saxlandığı dövr olub. Çalmanın əsas vızifəsi həm də üçüncü gözü (bəsirət gözü) başqa gözlərin şərindən qorumaqdır.

Bir qayda olaraq, gündəlik çalma 3-5 metr parçadan ibarət olur. Lakin bu, siqh cəmiyyətinin ən hörmətli üzvlərinə aid deyil.

Müdrik, cəmiyyətdə hörməti olan, ziyalı insan heç vaxt bir neçə metr parçadan ibarət çalma ilə kifayətlənməz. Çalma nə qədər böyük, həcmli və ağırdırsa, demək, onu daşıyan adam bir o qədər ciddidir. Məsələn, Avtar Sinqh Mauni çalmanın ölçüsü və çəkisinə görə mütləq rekordçudur. Bu mühüm şəxsin çalmasının ümumi çəkisi 45 kiloqramdır, 650 metr uzunluğunda parçadan hazırlanıb.

İnternet materialları əsasında hazırlanıb