- Cəmiyyət

İrandakı aksiyada 2 yeniyetmə öldürülüb

İranda aksiyalar zamanı həlak olanların sayı 342-yə çatıb.

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, ölkənin qərbində yerləşən İze şəhərində iğtişaşlar nəticəsində daha bir neçə insan həlak olub. Onlar arasında iki yeniyetmə – 9 yaşlı Kian Pirfələk və 13 yaşlı Səfər Məqsudi də var.

Məlumata görə, etirazlar zamanı indiyədək 10 mindən çox aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlardan 5 nəfər barəsində ölüm hökmü qərarı çıxarılıb.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.