- Cəmiyyət

İraqda zərərsizləşdirilən terrorçuların sayı 95 nəfərə çatıb

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyatı zonasında zərərsizləşdirdiyi terrorçuların sayı 95 nəfərə çatıb.

Bu barədə “Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən gün əməliyyat zonasında PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib.

“Terror yuvalarını bağlamağa davam edirik. İraqın şimalındakı “Pençə-Kilit” əməliyyatı bölgəsində aşkarlanan 10 PKK terrorçusu zərərsizləşdirilib. “Pençe-Kilit”də zərərsizləşdirilən terrorçuların sayı 95 nəfərə yüksəldi”, – nazirlikdən bildirilib.

PKK silahlıları 1984-cü ildən Türikyədə terror aktları həyata keçirirlər.