- Mədəniyyət

Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu Ağdam rayonu Quzanlı qəsəbəsində keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə mayın 17-19-da Ağdam rayonu Quzanlı qəsəbəsində Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, simpoziumun keçirilməsində məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.

Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının məruzəsi dinləniləcək.