- Cəmiyyət, Manşet

Moskva vilayətinə dron hücumu olub, paytaxtın bütün hava limanları bağlanıb

Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

“Report” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, vilayətin Strogino və Krasnoqorsk şəhərlərində partlayış səsləri eşidilib. Ənənəvi olaraq nə Moskva vilayəti, nə də paytaxtda hava həyəcanı siqnalı verilməyib.

Bildirilib ki, paytaxtın Vnukovo, Domodedovo və Şerementyevo hava limanlarında uçuş-enişə məhdudiyyət qoyan “Xalça” planı tətbiq olunur.