- Mədəniyyət

“Parabüzən” sənədli filminin təqdimatı olub

“CinemaPlus 28 Mall” kinoteatrında 1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filminin təqdimatı olub.

“Report”un məlumatına görə, təqdimat mərasimində Prezident Administrasiyasının sektor müdiri Kamran Həsənov, Milli Məclisin deputatları Mahir Abbaszadə, Hikmət Babaoğlu, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Elman Nəsirov, Müşfiq Məmmədli, Fatma Yıldırım, Bəhruz Məhərrəmov, Jalə Əhmədova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, “Global Media Group”un təsisçisi Elnur Abdullayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Müdafiə Nazirliyinin zabitləri, digər dövlət rəsmiləri, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri, vaxtilə mühasirədə qalmış şəxslərin bir qrupu, Laçından olan ziyalılar, media rəhbərləri, QHT təmsilçiləri iştirak ediblər.

Təqdimatda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.