- Mədəniyyət

Səməd Behrəngi adına mükafat səkkizinci dəfə təqdim edilib

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Birliyin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın 8-ci təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəlilov, tanınmış şairə Nəsibə İsrafilqızı, ədəbiyyatşünas Zöhrə Əsgərova, Fəxrəddin Ziya, “Varlıq” jurnalının baş redaktoru Məhəmmədrza Heyət, Güney Azərbaycanın tanınmış ədəbiyyatşünası Məsud Haray, tanınmış tədqiqatçı Həsən Kərimzadə, eləcə də Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Kərimulla Məhəmmədzadə təltif olunublar.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova