- Mədəniyyət

Bülbülün 125 illik yubileyi Tbilisidə qeyd olunub

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, professor Bülbülün (Murtuza Məşədi Raza oğlu Məmmədov) anadan olmasının 125 illiyi Tbilisidə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları, jurnalistlər Bülbülün Tbilisinin mərkəzində, Qorqosali küçəsindəki parkda ucaldılmış büstü önünə gül dəstələri düzüb, görkəmli opera müğənnisinin xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Bülbülün abidəsi Tbilisidə 2015-ci ildə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında, Kür çayının sağ sahilindəki parkda ucaldılıb.

Büstün müəllifi gürcü heykəltaraş Georgi Caparidzedir.