- Mədəniyyət

Xalça Muzeyinin “Ənənəni yaşadanlar” rubrikası davam edir

Azərbaycan Milli Xalça Muzeyinin “Ənənələri yaşadanlar” rubrikasının budəfəki mövzusu toxuculuq sənətinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, canlı bağlantı vasitəsilə baş bərpaçı-toxucu Şəkər Ələsgərova iştirakçıları dəstərxanın toxunma prosesi ilə tanış edib.

O, bu ənənəvi xalça məmulatını ərsəyə gətirməyi və unudulmaqda olan qədim toxuculuq texnologiyasının sirlərini izləyicilərlə bölüşüb.