UNESCO 15 dekabrı Türk Dilləri Ailəsi Günü elan edib. Tarix kimi 15 dekabrın seçilməsi təsadüfi deyil. Mənbələr deyir ki, “bir çox alimlər Orxon-Yenisey abidələrini oxumağa cəhd etsələr də, bu, ilk dəfə Danimarka alimi Vilhelm Tomsenə nəsib olub. O, əvvəlcə Kültigin abidəsindən “Tenqri”, “türk”, “Kültigin” sözlərini Çin heroqlifləri ilə yazılmış mətndəki uyğun sözlərlə qarşılaşdırıb və t, ŋ, r, ü, k, l hərflərini oxuyub. Tomsen 1893-cü il noyabrın 25-də Danimarka Kral Akademiyasının yığıncağında öz kəşfi haqqında məruzə edib. 15 dekabr 1983-cü ildə isə o, abidəni bütövlükdə oxuyub.
P.S. Əvvəlcə həmin tarixin Türk Dili Günü elan edilməsi təşəbbüsü irəli sürülmüşdü. Lakin bir sıra türkdilli ölkələrin nümayəndələrinin haqlı etirazından sonra Türk Dilləri Ailəsi Günü barədə ortaq qərara gəlinib.