- Manşet, Mədəniyyət

2021-ci il Əxi Evrən ili elan edilib

“Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik. Atalarımızın miras qoyduğu bu köklü qurumla fəxr edirik və sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdm etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2021 UNESCO Əxi Evrəni Anma ili – Əxi Evrənin izi ilə sahibkarlarla görüş” tədbirində bildirib.

O, Ahi Evrana dair sənədləri Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqdim edərək 2021-ci ili Əxi Evrən ili elan etdiklərini vurğulayıb.

report.az