Sati deyə bir ritual var Asiya ölkələrinin bəzilərində. Sadiqlik rəmzi hesab olunur. İnduizm dəyərlərinə görə qadının ölmüş əri ilə birlikdə yandırılması ritualı. 1987-də qəbul olunan qanunla qadağan olunmasına baxmayaraq hər il yüzlərlə belə cəhd qeydə alınır. Hətta bu sahədə qadınlara konsaltinq xidməti göstərən qeyri-qanuni şirkətlər də var. İnduizmə görə, qadın odun içinə girərkən bütün günahlardan azad olur. Yəni, əri ölən dul qadını ərinin yanında yandırırlar.
Hindistanda bu ritual ilə həm hollandlar, həm də ingilislər mübarizə aparıblar. Bir dəfə ingilis generalı Charles James Napier-ə Hindu rahiblər şikayət edirlər ki, siz ingilislər bizim minillik milli sati ritualımızı həyata keçirməyə qadağa qoyubsunuz. General belə cavab verir :
«Dul qadınları yandırmaq sizin adətinizdir deyirsiniz. Gözəl. Bizim də adətimiz var: əgər kişi qadını canlı yandırırsa biz onun boynundan asırııq. Siz öz ocaqlarınızı qalayıb adətləriniz yerinə yetirin, sonra isə biz öz adətlərimizi yerinə yetirək.»
Kayzen.az