Ərəblərin vətəni hesab olan Ərəbistan yarımadası dənizlərlə əhatə olunmuşdur.
Hələ islamiyyətdən əvvəl ərəblər arasında balıqçılıq geniş yaylsa da, dənizçilik elə də inkişaf etməmişdi. Ərəblər, yalnız ərəb istilalarından sonra, həqiqətən dənizçi bir millətə çevrilmişdilər. Onlar Aralıq dənizində və Hind okeanında dənizçiliyin inkişafında böyük xidmətlər göstərmişlər.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq dəniz terminləri və coğrafi adlar içərisində ərəb mənşəli sözlər heç də az deyildir. Məsələn; admiral – (Əmir əl – bəhr sözündən düzəldilmiş) ərəbcədən — “dəniz hökmdarı” mənasındadır. Azimut – (Əs – səmt sözündən düzəldilmiş) yəni, cəhət mənasını daşıyır. “Qibraltar” sözü də ərəb sərkərdəsi Cəbəlüt – Tariq adından düzəldilmişdir. Tariq — öz dövrundə çox məşhur olmuş ərəb sərkərdəsinin adıdır.
azens.az