- Manşet, Mədəniyyət

“Leyli və Məcnun” operası nümayiş edilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər. Həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları da səhnə əsərində çıxış ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib

Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb .