- Manşet, Mədəniyyət

Muğam tədqiqatçısı Mədəniyyət nazirinə müraciət etdi

Muğam korifeylərinin irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Mədəniyyət naziri Anar Kərimova müraciət edib.

Tədqiqatçının müraciətində Azərbaycan muğam tarixində xüsusi yeri olan aşağıdakı üç şəxsin məzarının restavrasiya olunması xahiş edilib:

Seyid Şuşinskinin Fəxri xiyabandakı məzarı;
Şirvan muğam məktəbinin yaradıcısı Mahmud ağanın Şamaxıdakı məzarı;
Mirzə Adıgözəl bəyin Goranboy rayonunun Rəhimli kəndində yerləşəm məzarı;

G.Kazımlı bildirib ki, uçub-tökülən bu məzarların təmirinə çox böyük ehtiyac var.