- Mədəniyyət

Mostar şəhərindəki divar rəsmləri dünyanın ən yaxşıları sırasında yer alıb

Bosniya və Herseqovinanın Mostar şəhərindəki divar rəsmləri dünyanın ən yaxşıları sırasında yer alıb.

Ölkənin cənubundakı Mostar şəhərinin küçələrini bəzəyən maraqlı divar rəsmləri “Street Art Cities” adlı platforma tərəfindən dünyanın ən yaxşı 25 küçə rəsmi siyahısında qərarlaşıb.

Qeyd edək ki, dünyaca məşhur rəssamlar öz əsərlərini Mostardakı divarlara çəkib və həmin rəsmlər isə şəhərin simvoluna çevrilib. Şəhərin küçələrində ABŞ, Argentina, İspaniya, İtaliya, Serbiya, Xorvatiya, Bosniya və Herseqovinadan olan rəssamların əsərləri var. (azertag)