Azərbaycanın Mədəniyyət Nazirliyi Rusiya Dövlət Teatr Sənəti İnstitutu ilə birgə teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” təşkil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini daşıyan layihəyə oktyabrın 25-də start veriləcək.
Oktyabrın 29-dək davam edəcək layihə YARAT Müasir İncəsənət Mərkəzində reallaşıb.