“World Travel Awards” Beynəlxalq turizm mükafatının 28-ci Avropa mərhələsində Madeira arxipelaqı digər 11 arxipelaq və ada arasında səkkizinci dəfə Avropanın ən yaxşı turizm istiqaməti hesab edilib.
AZƏRTAC xəbər verir ki, Madeira Turizm və Mədəniyyət üzrə Regional katibi Eduardo Jezuşun sözlərinə görə, bu mükafat adanın populyarlaşması üçün səlahiyyətlilər tərəfindən göstərilən səylər və koronavirus pandemiyası ilə mübarizədə görülən tədbirlərin qiymətləndirilməsidir.
Azor adaları da, “World Travel Awards”da Avropanın ən yaxşı turizm istiqaməti hesab edilib.
Madeira Afrika sahillərindən 520 km və Portuqaliyadan 1000 km aralıda yerləşən bir arxipelaqdır.
1993-cü ildə təsis edilmiş “World Travel Awards” beynəlxalq turizm mükafatı, hər il tətil edənlər və turizm sənayesindəki mütəxəssislər arasında səsvermə nəticəsində müəyyən edilən müxtəlif nominasiyalar üzrə qaliblərə verilir.