- Mədəniyyət

Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

Oktyabrın 26-da P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş qala-konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın tanınmış ifaçıları, o cümlədən Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Murad Hüseynov, Murtuza Bülbül və başqaları iştirak edəcəklər. Konsertin proqramına rus, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.