- Köşə

Sən gəlməzsən…

Batan günəş bir də doğar, sən gəlməzsən.
Solan çiçək bir də açar, sən gəlməzsən.
Quşlar köçər, bir də gələr, sən gəlməzsən.
Bahar gedər, yenə gələr, sən gəlməzsən.
Qaranquşlar yuva salar,
Kosa-Keçəl bayram edər, qurşaq atar, sən gəlməzsən.
Dəniz coşar, külək qopar,
Göy üzünü duman alar, sən gəlməzsən.
Payız gələr,
Anan, bacın yola çıxar, səni arar, səni anar, sən gəlməzsən.
Ürəyim səni istəyər,
Gözüm səni çox axtarar, əllərim əlini arar, sən gəlməzsən.
Əkdiyin ağaclar bar verər, başların aşağı salar,
Səni gözlər, sən gəlməzsən.
Göyərçinlər uçub gələr,
Bala verər, səni gözlər, sən gəlməzsən…
Soyuq düşər, qarlar yağar, mövsüm gedər, bir də gələr, sən gəlməzsən.
Ordumuz döyüşə girər,
Torpaqları geri alar, zəfər çalar,
Nədən, axı, söylə, nədən, Sən bilməzsən, sən bilməzsən,
SƏN GƏLMƏZSƏN?!…

 252 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova