- Dil, Manşet

Londonda açılan Mədəniyyət Mərkəzində Azərbaycan dili öyrədiləcək

Layihənin təşkilatçıları bildiriblər ki, Londonda Britaniya Avropa Azərbaycan Məktəbində açılan Mədəniyyət Mərkəzində Azərbaycan dili öyrədiləcək.

Mədəniyyət Mərkəzində Azərbaycan dilinin ilə yanaşı, mədəni-tarixi dəyərlər, Azərbaycanın tarixi və coğrafiyası, milli və klassik musiqisi üzrə dərslər keçiriləcək. Yaxın vaxtlarda Azərbaycan rəqsləri, milli idman oyunları, tətbiqi sənət, rəngkarlıq və qrafika dərslərinin keçirilməsi nəzərdə tutulur.
Dərslər hər bazar günü Londonun “Victoria” stansiyası yaxınlığında yerləşən Pimlico Akademiyasında keçiriləcək.

trend.az