Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya “Simurq 2021” mükafatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, “Simurq 2021” mükafatını komitə sədrinə “Bey Design Group” şirkətinin təsisçisi və direktoru Azər Abdullayev təqdim edib. Q.Paşayeva 2021-ci il üzrə fəal ictimai fəaliyyəti, mədəniyyət işçiləri və incəsənət xadimlərinin qaldırdığı müxtəlif məsələlərə operativ reaksiyası və yaradıcılıq uğurlarına görə mükafatlandırılıb.
Tədbirdə, həmçinin “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi sədrinin müşaviri, şair-publisist Nəsibə İsrafilqızı, “Sahibkar Qadınlar” İctimai Birliyinin Təşkilat Komitəsinin sədri, “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyeva və “NƏFƏS” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva da iştirak ediblər.
Qənirə Paşayeva tanınmış mədəniyyət, incəsənət xadimləri, nüfuzlu ziyalılarla birgə onu da “Simurq 2021” mükafatına layiq görən münsiflər heyətinə, təsisçilərə minnətdarlığını bildirib.
“Simurq 2021” mükafatı “Bey Design Group” və “Fortuna Media” tərəfindən təsis edilib.