Prodüser Orxan Behbitin rəhbərlik etdiyi “OB Film” studiyasının təqdim etdiyi “Tarix” layihəsi ötən il Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, layihə əsasında Ceyhun Türksoyun rejissorluğu ilə çəkiləcək animasiya filmi müsabiqənin şərtlərinə əsasən Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gələcək.
Qeyd edək ki, studiyanın “Dönüş” ssenarisi (müəllif Orxan Behbit) ötən il keçirilən IV ANIMAFİLM Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak edib.