Prodüser Rəşid Ağamalıyevin rəhbərlik etdiyi “Peri film” studiyası IV ANIMAFİLM Beynəlxalq Animasiya Festivalına uşaqlar üçün çəkdiyi “Sara hara?” çoxhissəli filminin iki hissəsinin treylerini təqdim edib.
AZƏRTAC xəbər verir ki, filmin rejissorları Vəfa Əli və Həsən Pastacıdır.
Qeyd edək ki, studiyanın “Toxum” layihəsi (ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə) Mədəniyyət Nazirliyinin “Böyük Qayıdış” müsabiqəsinin pitçinq mərhələsində iştirak edib. Filmin ideyası “Peri film” şirkəti, həmçinin ANIMAFİLM Beynəlxalq Animasiya Festivalı və animasiya kursları (ANIMAFİLM School) tərəfindən təqdim olunub.