Pandemiya dövründə itirilmiş izləyiciləri yenidən qaytarmaq üçün “Oskar” mükafatlarında “İzləyicinin seçimi” nominasiyası yaradılıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu nominasiya üzrə tvitter şəbəkəsində ən çox səs toplamış film qalib seçiləcək.
Qalib filmi seçən üç nəfər izləyici qarşıdan gələn “Oskar” mükafatlarının təqdimetmə mərasiminə dəvət olunacaq.