Türkiyədə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərargahını ziyarət edib və TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis edilən “Nizami Gəncəvi” medalı ilə təltif olunub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən AZƏRTAC-a verilən məlumata görə, “Nizami Gəncəvi” medalı Ersin Tatara TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tərəfindən təşkilatın mərkəzi qərargahında təqdim olunub.