“Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2022–ci il tarixli Sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrı fevralın 26–dək anım mərasimləri təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, anım mərasimlərində “Xocalım, biz qayıdırıq!” adlı ədəbi–bədii kompozisiya təqdim olunacaq. Kompozisiyanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur.
Kompozisiyanın hazırlanmasında Xalq şairi Zəlimxan Yaqubun, Zərəngiz Mansurovanın, Nazir Rüstəmin şeirlərindən, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Hacı Xanməmmədovun, Polad Bülbüloğlunun, Faiq Sücəddinovun, eləcə də Azərbaycan xalq musiqisindən və videomateriallardan istifadə olunub.