F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə qoşulan şagirdlərə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olub.
Tədbir zamanı iştirakçılar F.Köçərliyə həsr olunmuş sənədli filmi izləyiblər.