Fransada keçirilməsi planlaşdırılan 75-ci Kann Film Festivalına Rusiya ilə bağlı hər hansı qurumdan heç bir rəsmi nümayəndə heyəti qəbul edilməyəcək.
AZƏRTAC xəbər verir ki, kino dünyasının ən mühüm hadisələrindən biri kimi göstərilən festivalın təşkilatçıları yazılı açıqlama verərək, Ukrayna xalqını dəstəklədiklərini bildiriblər.
Açıqlamada bildirilib ki, Rusiyadan heç bir rəsmi nümayəndə heyəti və federasiyaya bağlı hər hansı qurum qəbul edilməyəcək.